“Donuz qripi” virusuna yoluxma halları Rusiyanın 82 regionunda aşkarlanıb.
APA xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qripin hər iki ştamına (A və B) yoluxma qeydə alınıb və A ştamına (donuz qripi) yoluxma getdikcə artır. Bu günə qədər ölkənin 82 regionunda "donuz qripi"nə yoluxma qeydə alınıb.