Rusiya müdafiə naziri Sergey Şoyqu ABŞ-ın pilotsuz uçuş aparatının xüsusi əməliyyat zonasının sərhədlərinin pozulmasının qarşısını alan pilotları dövlət mükafatlarına təqdim edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, martın 15-də Qara dənizdə ABŞ dronu suya düşüb. Rusiya MN-nin iddiasına görə, ABŞ PUA-sı Krım üzərində Rusiyanın hava sərhədini pozub, hündürlüyü itirərək suya çırpılıb.