"AUKUS (ABŞ, Böyük Britaniya və Avstraliya) blokunun yaradılması Asiya-Sakit Okean regionunda sabitliyi pozur".
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbəbərə görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici ölklərin Rusiyadakı hərbi attaşeləri ilə görüşdə deyib.
"Açıq şəkildə başqa dövlətə qarşı yönəlmiş blokların yaradılması sabitliyi pozan amildir. AUKUS bloku (ABŞ, Böyük Britaniya və Avstraliya) nüvə texnologiyalarının yayılması üçün ilkin şərtlər yaradır. Avstraliyanın nüvə sualtı donanmasının yaradılması təkcə Asiya-Sakit okeanda deyil, həm də dünyanın digər nöqtələrində regional üstünlük uğrunda mübarizədə yeni mərhələ başlada bilər”, - V. Gerasimov qeyd edib.