Belqoroddakı müvəqqəti hərbi şəhərciyin ərazisində mərmi partlayışı nəticəsində 4 hərbçi yaralanıb.
APA-nın TASS-a istinadla xəbərinə görə, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.
Fövqəladə hallar xidməti mərminin Ukrayna ərazisdindən atıldığını iddia edir.
***
23.18
Rusiyanın Belqorod vilayətinin Qırmızı Oktyabr kəndində partlayış qeydə alınıb.
APA-nın xəbərinə görə, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Qubernator bildirib ki, partlayış zamanı dağıntı və insan tələfatı baş verməyib. Hadisə yerində əməliyyat qrupu işləyir.