Rusiyanın "Birinci" kanalı xüsusi xəbər buraxılışında Müdafiə Nazirliyinin Vaqner özəl hərbi şirkətin mövqelərinə zərbə endirməsinin ehtimal olunduğu videonun qurama olduğunu açıqlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, kanal Yevgeni Priqojinin səsli mesajlarını feyk adlandırıb.
Xüsusi buraxılışda Priqojinin açıqlamaları ilə bağlı hüquq-mühafizə orqanlarının (Federal Təhlükəsizlik Xidməti, Milli Antiterror Komitəsi və Müdafiə Nazirliyi) bütün rəsmi bəyanatları səsləndirilib.