Bank Of Baku

Rusiyanın Britaniyadakı keçmiş səfiri Diplomatiya Akademiyasına rektor təyin olunub

Rusiyanın Britaniyadakı keçmiş səfiri Diplomatiya Akademiyasına rektor təyin olunub
# 28 avqust 2019 17:24 (UTC +04:00)

Rusiyanın Böyük Britaniyadakı keçmiş səfiri Aleksandr Yakovenko Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının rektoru təyin edilib.

APA -nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

M.Zaxarova Aleksandr Yakovenkonun böyük diplomatik təcrübəyə malik bir diplomat olduğunu xatırladıb.  

Qeyd edək ki, Aleksandr Yakovenko 2011-ci ildən Rusiyanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışıb. O, 2019-cu il avqustun 24-də səfir vəzifəsindən geri çağırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR