Bank Of Baku

Rusiyanın bütün regionlarında donuz qripi qeydə alınıb

Rusiyanın bütün regionlarında donuz qripi qeydə alınıb
# 27 dekabr 2022 12:44 (UTC +04:00)

Mütəxəssislər Rusiyanın bütün regionlarında A (H1N1) ştammını və ya donuz qripi adlandırılan qripi qeydə alıblar.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) mətbuat xidmətindən bildirilib.

"Qripin ən çox yayılmış ştammı Rusiyanın bütün regionlarında qeydə alınan A (H1N1) ştammıdır. Son həftədə qrip və kəskin respirator infeksiya virusuna yoluxma nisbəti əvvəlki ilə müqayisədə 7% azalıb. Həftə ərzində yoluxmaların ümumi sayı 1,7 milyon nəfər təşkil edib", - deyə məlumatda qeyd olunub.

Rusiyada COVID-19 üzrə epidemioloji vəziyyətin kifayət qədər sabit olaraq qaldığı bildirilib. 2022-ci ilin 51-ci həftəsində Rusiyada 47 mindən bir qədər çox xəstəliyə yoluxma halı qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR