Bank Of Baku

Rusiyanın Ermənistandakı səfiri Kopırkin İrəvana geri qayıdıb

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin

© APA | Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin

# 10 iyun 2024 21:30 (UTC +04:00)

Daha öncə məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvana qayıdıb.

APA xəbər verir ki, bu barədə “RIA Novosti”yə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o, artıq İrəvandadır”, - Qaluzin vurğulayıb.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi mayın sonunda Rusiyanın İrəvandakı səfirinin məsləhətləşmələr üçün Moskvaya çağırıldığına dair məlumat yaymışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR