Bank Of Baku

Rusiyanın iki strateji raketdaşıyıcısı Yapon dənizi üzərində uçuş həyata keçirib

Rusiyanın iki strateji raketdaşıyıcısı Yapon dənizi üzərində uçuş həyata keçirib
# 23 avqust 2022 13:16 (UTC +04:00)

Rusiyanın iki Tu-95MS strateji raketdaşıyıcısı Su-30SM qırıcılarının müşaiyəti ilə Yapon dənizi üzərində uçuş həyata keçirib.

APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Rusiya hərbi təyyarələrini Cənubi Koreyanın F-16-ları müşayiət edib.

"Rusiya hərbi aviasiyaya məxsus iki Tu-95MS strateji raket daşıyıcısı Yapon dənizinin neytral suları üzərində hava məkanında planlı uçuş həyata keçirib. Uçuşun müddəti təqribən yeddi saat olub. Tu-95MS təyyarələrinin qırıcı müşayiəti Rusiya Hava Kosmik Qüvvələrinin Su-30SM ekipajları tərəfindən təmin edilib. Marşrutun müəyyən mərhələlərində strateji raketdaşıyıcıları Koreya Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları müşayiət edib”, - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR