Bank Of Baku

Rusiyanın Kişinyovdakı səfiri Moldova XİN-ə çağırılıb

Rusiyanın Kişinyovdakı səfiri Moldova XİN-ə çağırılıb
# 22 iyun 2023 15:10 (UTC +04:00)

Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, buna səbəb Xerson vilayətinin rəhbəri Vladimir Saldonun Ukrayna Silahlı Qüvvələrinin Çonqar körpüsünə zərbə endirməsinə cavabı ilə bağlı açıqlamaları olub.

Qeyd edək ki, bu gün Ukrayna Silahlı Qüvvələrin Krım və Xerson vilayəti arasında körpü keçidlərini atəşə tutmasını şərh edən Saldo, bununla bağlı Odessa vilayətində və Moldovanın Giurgiulesti ərazisindəki körpüləri xatırladaraq, mümkün "çox ciddi" cavab tədbirlərinin görüləcəyini açıqlayıb. O bildirib ki, həmin körpü Ukraynanın bir hissəsi olub, lakin onu Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko rejimi Moldovaya təhvil verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR