Rusiyanın “Metalloinvest” şirkətinin azərbaycanlı baş direktoru vəzifəsini tərk edib

Rusiyanın “Metalloinvest” şirkətinin azərbaycanlı baş direktoru vəzifəsini tərk edib
# 04 dekabr 2023 16:30 (UTC +04:00)

Azərbaycanlı Nazim Əfəndiyev Rusiyanın “Metalloinvest” şirkətinin baş direktoru vəzifəsini tərk edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, həmyerlimiz bundan sonra şirkətin direktorlar şurasına rəhbərlik edəcək.

“Metalloinvest”in baş direktor vəzifəsinin müvəqqəti icrası Oleq Krestininə tapşırılıb.

Qeyd edək ki, Nazim Əfəndiyev 30 aprel 2020-ci ildən "Metalloinvest" şirkətinin baş direktoru vəzifəsində çalışıb. O, 2011-2012-ci illərdə Metalloinvest-in baş direktorunun müavini olub. Nazim Əfəndiyev 2012-ci ilin mart ayından 2020-ci ilin aprel ayına qədər şirkətin baş direktorunun birinci müavini və kommersiya direktoru vəzifələrində çalışıb.

Nazim Tofiq oğlu Əfəndiyev 16 sentyabr 1963-cü ildə Bakıda doğulub. 1985-ci ildə Moskvada Xarici Dillər Hərbi İnstitutunu bitirib. 1995-ci ildə MBA proqramı üzrə Xalq Təsərrüfatı Akademiyasında təhsil alıb. 1996 -cı ildən Rusiyanın müxtəlif nəhəng metallurgiya şirkətlərində yüksək vəzifələrdə çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR