Rusiyanın Hərbi Təhlükəsizlik Məsələləri üzrə Koordinasiya Şurasının iclasında Belqorod, Bryansk və Kursk vilayətlərində vəziyyət müzakirə olunub.
APA-nın xəbərinə görə, bu barədə məlumatı TASS yayıb.
Bildirilib ki, müdafiə naziri Andrey Belousovun sədrlik etdiyi toplantıda adıçəkilən bölgələrin və ayrı-ayrı hərbi strukturların rəhbərləri iştirak edib.
İclas zamanı məruzələr dinlənilib, eləcə də həmin regionların maddi-texniki, tibbi təminatı diqqət mərkəzində olub.