Bank Of Baku

Rusiyanın Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin ələ keçirilən silahlarını nümayiş etdirib - VİDEO

Rusiyanın Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin ələ keçirilən silahlarını nümayiş etdirib  - VİDEO
# 21 mart 2022 11:50 (UTC +04:00)

Rusiya Müdafiə Nazirliyi bu gün Kiyev vilayətində ələ keçirilən batalyonların və Ukrayna Silahlı Qüvvələrinin silah və hərbi texnikasını əks etdirən video yayımlayıb.

APA bildirir ki, nazirliyin məlumatına görə, Rusiya Hərbi Hava Qüvvələrinin bölmələri Ukraynanın Silahlı Qüvvələrinin hərbçilərini Kiyev ətrafı qəsəbədən sıxışdırıb çıxarıb:

“Onlar geri çəkilən zaman tanklar, zirehli transportyorlar, çoxlu atıcı silahlar, tank əleyhinə silahlar və yaxşı vəziyyətdə olan sursatları tərk ediblər”.

Müdafiə Nazirliyi Rusiya desantları tərəfindən ələ keçirilən Ukrayna Silahlı Qüvvələrinin texnikası və silahlarının “DXR” və “LXR” xalq milislərinin hərbçilərinə veriləcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR