Bank Of Baku

Rusiyanın neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir artıb

Rusiyanın neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir artıb
# 14 oktyabr 2026 12:36 (UTC +04:00)

Rusiyanın neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir avqust ayı ilə müqayisədə sentyabrda 3,58 milyard dollar artaraq 17,67 milyard dollara çatıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin hesabatında bildirilib.

İllik müqayisədə bu rəqəm 4,32 milyard dollar artıb.Ümumi ixracın həcmi sutkada 6,52 milyon barel təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 10 min barel, bir il əvvəlkindən isə 970 min barel azdır. Bu arada neft tədarükü sutkada 5,28 milyon barelə yüksəlib, neft məhsullarının tədarükü isə 1,24 milyon barelə qədər azalıb.

Beynəlxalq Enerji Agentliyi Rusiyanın ixrac gəlirlərinin artımını ilk növbədə neft və neft məhsullarının qlobal qiymətlərinin artması ilə əlaqələndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR