Rusiyanın əsas nikel istehsalçısı Nornikel şirkəti logistika problemi ilə üzləşib.
APA-nın xəbərinə görə, beynəlxalq aviasiya reysləri ləğv edildiyi üçün şirkət istehsal etdiyi palladiumu müştərilərə çatdıra bilmir. Şirkətin açıqlamasında bildirilir ki, sanksiyalardan əvvəlki müqavilələr tam icra olunmayıb. Hazırda sifarişlərin çatdırılması üçün alternativ yollar axtarılır.