Orenburq vilayətində su artıq hündürmərtəbəli binalara çatıb.
APA xəbər verir ki, bu barədə vilayətin qubernatoru bildirib.
O, Ural çayında suyun səviyyəsinin 10 metri keçdiyini deyib.
Tümen və Kurqan vilayətlərini də təhlükənin gözlədiyi vurğulanıb.
***
09:50
Rusiyanın Orenburq vilayətində su basmış yaşayış evlərinin sayı 12,8 minə çatıb, 14,9 min təsərrüfat sahəsi də su altında qalıb.
APA regional hökumətin mətbuat xidməti xəbər verir ki, 7,7 min nəfər ərazidən təxliyə edilib.
"Təsərrüfatdan və şəxsi evlərdən 7703 nəfər, o cümlədən 1707 uşaq təxliyə edilib”, - məlumatda vurğulanıb.