Rusiyanın “Pervıy” kanalının Ermənistanda yayımı dayandırılıb

Rusiyanın “Pervıy” kanalının Ermənistanda yayımı dayandırılıb
# 28 may 2024 23:11 (UTC +04:00)

Rusiyanın “Pervıy” telekanalının Ermənistanda yayımı müvəqqəti olaraq dayandırılıb.

APA xəbər verir ki, bu barədə “Armenpress” agentliyinə Ermənistanın yüksək texnologiya sənayesi naziri Mxitar Ayrapetyan məlumat verib.

Onun sözlərinə görə, televiziya şirkəti müqavilə öhdəliklərini yerinə yetirməyib və 2,5 aydır ki, telekanalın borcları yığılıb.

Ayrapetyan vurğulayıb ki, yayım müvəqqəti olaraq - borc tam ödənilənə qədər dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR