Bank Of Baku

Rusiyanın rəqəmsal inkişaf nazirinin müavini saxlanılıb

Rusiyanın rəqəmsal inkişaf nazirinin müavini saxlanılıb
# 13 iyul 2023 20:02 (UTC +04:00)

Rusiyanın rəqəmsal inkişaf nazirinin müavini Maksim Parşini korrupsiya cinayətində şübhəli bilinərək saxlanılıb.

APA-nın Moskva müxbiri yerli kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

"Rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiya nazirinin müavini Maksim Parşin Rusiya İstintaq Komitəsinin istintaq orqanları tərəfindən saxlanılıb. O, korrupsiya cinayəti törətməkdə şübhəli bilinir", - deyə Petrenko nazir müavinin saxlanmasını təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR