Bank Of Baku

Rusiyanın Sakit Okean Donanmasında qəfil yoxlamalar başlayıb

Rusiyanın Sakit Okean Donanmasında qəfil yoxlamalar başlayıb
# 14 aprel 2023 12:10 (UTC +04:00)

Rusiya Sakit Okean Donanması yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. O, donanmada qəfil yoxlamaların başlandığını elan edib.

Şoyqunun sözlərinə görə, əsas məqsəd potensial düşmənin təcavüzünü dəf etmək üçün tapşırıqları həll etmək bacarığını artırmaqdır.

Yoxlamaya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Nikolay Yevmenov nəzarət edir.

Donanmanın dəniz zərbə qruplarını və şərti düşmənin yer hədəflərini məhv etmək üçün raket buraxılışları həyata keçirəcəyi, həmçinin uzaqmənzilli aviasiyanın da cəlb olunacağı planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR