Bank Of Baku

Rusiyanın Saratov vilayətindəki aerodromda partlayış səsləri eşidilib

Rusiyanın Saratov vilayətindəki aerodromda partlayış səsləri eşidilib
# 26 dekabr 2022 06:27 (UTC +04:00)

Rusiyanın Saratov vilayətinin Engels şəhərində dekabrın 26-na keçən gecə güclü partlayış baş verib.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, partlayış Engels-2 strateji aerodromunun ərazisində eşidilib. Şəhərdə həyəcan siqnalı verilib.

Hadisə şahidlərinin sözlərinə görə, təcili yardım maşınları və Fövqəladə Hallar Nazirliyinin bölmələri partlayış yerinə gedib. Sözügedən aerodromda Tu-95 və Tu-160 strateji bombardmançıları dislokasiya olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR