Rusiyanın böyük səfərbərlik resursu var.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, ölkədə 25 milyona yaxın səfərbərlik resursu mövcuddur.
Qeyd edək ki, bu gün Rusiyada qismən səfərbərlik elan olunub. Bu barədə prezident Vladimir Putin xalqa müraciətində bildirib.