Bank Of Baku

Rusiyanın Şeremetyevo hava limanında iki təyyarə toqquşub - FOTO

Rusiyanın Şeremetyevo hava limanında iki təyyarə toqquşub - FOTO
# 03 sentyabr 2019 18:04 (UTC +04:00)

Rusiyanın Şeremetyevo hava limanında uçuş zolağında iki təyyarə toqquşub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə aviasiya xidmətindəki mənbə məlumat verib.  

"Uçuş-enmə zolağında iki təyyarə toqquşub. Sərnişinlər hazırda evakuasiya olunur, təyyarələrin avadanlıqları yoxlanılır. Xəsarət alanlar barədə məlumat yoxdur", - deyə mənbə bildirib.

Təyyarələrdən biri "Aeroflot" hava yollarına məxsus olduğu və Moskva-Pekin marşrutu üzrə uçduğu, digərinin isə "Royal Flights" hava yollarına məxsus olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR