Bank Of Baku

Rusiyanın tanınmış idman şərhçisi Vasili Utkin vəfat edib

Rusiyanın tanınmış idman şərhçisi Vasili Utkin vəfat edib
# 19 mart 2024 20:10 (UTC +04:00)

Rusiyanın "Matç TV" telekanlının tanınmış şərhçisi Vasili Utkin vəfat edib.

APA xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

52 yaşlı şərhçinin ürəktutmasından dünyasını dəyişdiyi deyilir.

Vasili Utkin 1990-cı illərin ortalarında NTV və "NTV Plus"un futbol şərhçisi və "Futbol Klubu" televiziya şousunun aparıcısı kimi şöhrət qazanıb.

2010-cu il sentyabrın 1-dən 2015-ci il avqustun 31-dək Utkin "NTV Plus" idman kanalının baş redaktoru vəzifəsində çalışıb.

O, 2004 və 2005-ci illərdə TEFI mükafatı üzrə ilin “Ən yaxşı idman şərhçisi” nominasiyasında qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR