Bank Of Baku

Rusiyanın Ukraynada vurduğu kritik obyektlərin sayı açıqlanıb

Rusiyanın Ukraynada vurduğu kritik obyektlərin sayı açıqlanıb
# 22 dekabr 2022 17:34 (UTC +04:00)

Xüsusi əməliyyat zamanı Rusiyanın yüksək dəqiqlikli uzaqmənzilli raketləri Ukraynada 1300-dən çox kritik obyekti vurub ki, bu da Ukrayna ordusunun döyüş potensialını əhəmiyyətli dərəcədə azaldıb və Ukrayna hərbi sənaye kompleksinin işini iflic edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

"Əməliyyat çərçivəsində 1300-dən çox kritik hədəf yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə vurulub. Bu, Ukrayna silahlı qüvvələrinin döyüş potensialını əhəmiyyətli dərəcədə azaltmağa, komandanlıq və idarəetmə sistemini sıradan çıxarmağa, hərbi-sənaye kompleksinin işini iflic etməyə və hərbi daşımaları xeyli çətinləşdirməyə imkan verib”, - deyə Gerasimov xarici dövlətlərin hərbi attaşeləri üçün keçirdiyi brifinqdə deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR