Bank Of Baku

Rusiyanın Ukraynaya atdığı raketlər Moldovanın hava məkanını pozub

Rusiyanın Ukraynaya atdığı raketlər Moldovanın hava məkanını pozub
# 10 oktyabr 2022 13:18 (UTC +04:00)

Rusiyanın Ukraynaya atdığı raketlər Moldovanın hava məkanını pozub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyindən bildirilib.

“Qara dənizdə Rusiya hərbi gəmilərindən atılan üç qanadlı raket ölkəmizin ərazisindən Kolbasna (qondarma Dnestryanı–red.) və Soroka şəhəri ərazisindən keçib. Milli hava məkanımızın pozulması tamamilə qəbuledilməzdir”, - Moldova XİN-in Telegram kanalının yaydığı məlumatda qeyd olunub.

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov ölkənin hava məkanının pozulması ilə bağlı bəyanatdan sonra XİN-ə çağırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR