Rusiyanın Volqoqrad vilayətinin ərazisində Ukrayna PUA-sı vurulub.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Boçarov məlumat verib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri tərəfindən Volqoqrad vilayəti ərazisində PUA ələ keçirilib və zərərsizləşdirilib. Tələfat olmayıb, mülki və hərbi obyektlərə ziyan dəyməyib.
Dron hücmunun vilayət ərazisində yerləşən hərbi hissəni hədəf aldığı bildirilib