Bank Of Baku

"Rustavi 2"-nin keçmiş baş direktoruna qarşı yeni ittiham irəli sürülüb

"Rustavi 2"-nin keçmiş baş direktoruna qarşı yeni ittiham irəli sürülüb
# 06 sentyabr 2019 14:19 (UTC +04:00)

Gürcüstanın müxalif "Rustavi 2" telekanalının keçmiş baş direktoru Nika Qvaramiaya qarşı yeni ittiham aktı irəli sürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunda keçirilən brifinqdə bildirilib.

İttiham aktında Nika Qvaramianın bir qrup şəxslə əlbir olaraq kanalın əmlakından və maddi imkanlarından sui istifadə etməsi, saxta sənədlərdən istifadə etməsi və rüşvət hallarına yol verməsi qeyd edilib. İttihamlar eyni zamanda kanalın keçmiş maliyyə direktoru Kaxa Damenia barəsindədir. 

Qeyd edək ki, ötən gün Gürcüstan Milli Rabitə Komissiyası "Rustavi 2" telekanalının keçmiş baş direktoru Nika Qvaramiaya yeni yaratdığı "Əsas kanal" üçün yayım hüququ verib. Kanalın sentyabrın 9-da bütün Gürcüstan ərazisində yayımlanması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR