Bank Of Baku

"Rustavi 2"-nin keçmiş direktorunun yaratdığı yeni kanal sentyabrın 9-da fəaliyyətə başlayacaq

"Rustavi 2"-nin keçmiş direktorunun yaratdığı yeni kanal sentyabrın 9-da fəaliyyətə başlayacaq
# 05 sentyabr 2019 15:42 (UTC +04:00)

Gürcüstan Milli Rabitə Komissiyası "Rustavi 2" telekanalının keçmiş baş direktoru Nika Gvaramiaya yayım hüququ verib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qurum bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, N. Qvaramianın yayım hüququ əldə etmək üçün təqdim etdiyi sənədlər araşdırılıb və onların qanuna uyğun olduğunu müəyyən edilib. 

"Komissiya, şirkətin təqdim etdiyi sənədləri araşdırdı və qanunun tələblərinə tam cavab verdiyini müəyyən etdi. Kanal sentyabrın 9-da bütün Gürcüstan ərazisində yayımlanmağa başlayacaq. "Əsas Kanal” MMC-nin Yayım Qanununa, o cümlədən Komissiyanın qərarlarına və bütün icazə tələblərinə əməl etməsi tələb olunur", - deyə komissiyanın açıqlamasında bildirilib.

Qeyd edək ki, yeni telekanal "Əsas Kanal" adlanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR