Rusiya tərəfindən orta və yaxın mənzilli raketlərin yerləşdirilməsi ilə bağlı moratoriumun tətbiqinə dair təklifinə NATO-nun reaksiyası məyusluq yaradır.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bu gün jurnalistlərə açıqlamasında deyib.
“Moratorium bu il fevral ayının 2-də Prezident Putin tərəfindən elan olunmuşdu. Buna Şimali Atlantika Alyansının və ona üzv ölkələrin münasibəti məyusluq doğurur. Biz çalışacağıq ki, bu ideya yaxın zamanda reallaşsın, yoxsa əks təqdirdə, Avropada və digər regionlarda təhlükəsizliklə bağlı vəziyyətin kəskin pisləşməsinin şahidi ola bilərik”, - deyə Ryabkov bildirib.