Bank Of Baku

Sabah Türkmənistanda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun altıncı iclası keçiriləcək - YENİLƏNİB

Sabah Türkmənistanda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun altıncı iclası keçiriləcək - YENİLƏNİB
# 10 sentyabr 2023 15:09 (UTC +04:00)

Sentyabrın 11-13-də Türkmənistanın Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun altıncı iclası keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

***

saat 14.57

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun altıncı iclası sentyabrın 11-13-də Türkmənistanın Aşqabad şəhərində keçiriləcək.

APA-nın xəbərinə görə, müzakirələrdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan nümayəndə heyətləri iştirak edəcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR