Bank Of Baku

Sadır Japarov: Kurmanbek Bakiyev Qırğızıstana qayıtsa, həbs olunacaq

Kurmanbek Bakiyev

© APA | Kurmanbek Bakiyev

# 30 may 2023 10:18 (UTC +04:00)

Qırğızıstanın sabiq Prezidenti Kurmanbek Bakiyevi həbs oluna bilər.

APA “Sputnik”in Qırğızıstan bürosuna istinadən xəbər verir ki, bu barədə ölkə lideri Sadır Japarov deyib.

Japayev bildirib ki, ölkə rəhbərliyi Kurmanbek Bakiyevi Qırğızıstana qaytarmaq fikrində deyil:

“Bakiyev 30 il müddətinə azadlıqdan məhrum edilib. Ölkəyə gəlsə, təbii ki, həbs olunacaq. Biz hamımız qanunla yaşamağı öyrənməliyik. Mənim məhkəmə qərarlarını ləğv etmək səlahiyyətim yoxdur.

Əgər Bakiyev əfv istəsə mənim ancaq onu bağışlamaq və ya imtina etmək haqqım var. Bu zaman isə vətəndaşların fikri nəzərə alınmalıdır, hansılar ki, 2010-cu ilin aprel ayında baş tutan xalq inqilabı zamanı əziyyət çəkiblər”.

Xatırladaq ki, Qırğısıztanın sabiq Prezidenti Kurmanbek Bakiyev və onun yaxın qohumları barədə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb. Onlar ölkəni tərk ediblər və Kurmanbek Bakiyev müsahibə zamanı bildirmişdi ki, ölkəyə qayıtmaq fikri yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR