Qırğızıstan Prezidenti Sadır Japarov 20-21 fevral tarixlərində Vladimir Putinin dəvəti əsasında Rusiya Federasiyasına səfər edəcək.
APA xəbər verir ki, bu barədə “Sputnik”in Qırğızıstan bürosu məlumat yayıb.
Japarov Kazanda keçiriləcək innovativ "Gələcəyin Oyunlar"ının açılış mərasimində qonaq qismində iştirak edəcək.
Qeyd olunub ki, tədbir çərçivəsində Sadır Japarovla Vladimir Putin və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov arasında ikitərəfli görüşlər keçiriləcək.
Görüşlərdə Qırğızıstan-Rusiya əməkdaşlığının hazırkı gündəliyi, o cümlədən ticari-iqtisadi, mədəni-humanitar və investisiya sahələrində məsələlər müzakirə olunacaq.