Bank Of Baku

Samvel Karapetyanın qardaşı oğlu saxlanılıb - YENİLƏNİB - VİDEO

Narek Karapetyan

© APA | Narek Karapetyan

# 08 iyul 2025 10:52 (UTC +04:00)

Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan saxlanılıb.

APA xəbər verir ki, Narek Karapetyan istintaq şöbəsinə aparılıb.

***

10:23

Ermənistan İstintaq Komitəsi Narek Karapetyanın evində axtarış aparıldığını təsdiqləyib.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, İstintaq Komitəsindən bildirilib ki, başladılan cinayət işi çərçivəsində təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir.

***

09:17

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları səhər saatlarında "Elseti"nin Direktorlar Şurasının sədri Narek Karapetyanın evinə gəlib.

APA xəbər verir ki, hazırda onun evində axtarış aparılır.

Qeyd edək ki, Narek Karapetyan həbs olunmuş rusiyalı iş adamı Samvel Karapetyanın qardaşı oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR