Rusiyanın Sankt-Peterburq şəhərindən Vladiqafqaza uçan, “Pobeda” aviaşirkətinə məxsus təyyarə sərnişinlərdən birinin qəfildən ölməsi səbəbindən Volqoqrad hava limanına məcburi eniş edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Volqoqrad hava limanı xəbəri təsdiqləyərək, 62 yaşlı sərnişinin xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.
Təcili Tibbi yardım briqadasının vaxtında təyyarənin qarşısına gəlməsinə baxmayaraq, xəstənin artıq havada olarkən keçindiyi bildirilir.