Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda qismən səfərbərlik çərçivəsində nə qədər vətəndaşın çağırış vərəqəsi aldığı məlum olub.
APA-nın Rusiya bürosu xəbər verir ki, Sankt-Peterburq şəhər hərbi komissarının müavini polkovnik İlfat Abzalovun bildirdiyinə görə, qismən səfərbərlik çərçivəsində 80 mindən çox vətəndaşa çağırış vərəqəsi gəlib.
Qeyd edək ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərliklə bağlı fərman imzalayıb. Rusiya müdafiə naziri Sergey Şoyqu 300 min nəfərin qismən səfərbərliyə cəlb olunacağını açıqlayıb.