Bank Of Baku

Sankt-Peterburqda anbar kompleksində yanğın baş verib - VİDEO

Sankt-Peterburqda anbar kompleksində yanğın baş verib - VİDEO
# 13 yanvar 2024 11:17 (UTC +04:00)

Sankt-Peterburqda 50000 kv.m sahəni əhatə edən anbar kompleksində yanğın baş verib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Puşkinski rayonu, Moskva şossesi, 153 ünvanında qeydə alınmış yanğının söndürülməsinə 270 nəfərə yaxın canlı qüvvə və 57 texnika cəlb olunub. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

"Wildberries" onlayn pərakəndə satış mağazasının mətbuat xidməti anbarın şirkətə məxsus olduğunu təsdiqləyib. Onlar həmçinin əlavə ediblər ki, satıcılara malın dəyərinə görə kompensasiya ödəniləcək.

APA-nın Rusiya bürosu xəbər verir ki, yanğın nəticəsində ölən və yaralananların olması barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR