Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - YENİLƏNİB

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - YENİLƏNİB
# 17 may 2024 22:36 (UTC +04:00)

Rusiya Müdafiə Nazirliyinin tabeliyindəki Budyonnıy Rabitə Akademiyasındakı hadisə terror xarakteri daşımır.

APA xəbər verir ki, bu barədə Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov məlumat verib.

Səbəblər ekspertlər tərəfindən müəyyən edilir, zərərçəkənlərə yardım göstərilir.

Bəzi mənbələrin məlumatına görə, hərbi akademiyanın ərazisində Böyük Vətən Müharibəsindən qalma 76 mm-lik sursat plandankənar partladılıb və hadisə də bundan sonra bş verib.

***

Saat 22:05

Sankt-Peterburqun Tixoretski prospektində yerləşən Budyonnıy Rabitə Akademiyasında partlayış olub.

APA xəbər verir ki, bu barəd Rusiya KİV məlumat yayıb.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

İlkin məlumata görə, onlardan ikisinin vəziyyəti ağırdır.

Partlayışın dron hücumundan sonra baş verdiyi iddia edilir.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR