Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində yanğın zamanı 2 nəfər ölüb.
APA Rusiya KİV-ə istinadən xəbər verir ki, yanğın Pulkovo şossesində "Belarus-Minsk Traktor Zavodu"na məxsus istehsal müəssisəsində baş verib.
“İlkin məlumatlara əsasən yanğın nəticəsində biri qadın olmaqla, 2 nəfər həyatını itirib”, - zavodun Baş direktoru Vladislav Sekerjitskiy açıqlama verib.
Direktorun sözlərinə görə, yanğın geniş ərazini əhatə etdiyi üçün hazırda yanğınsöndürmə və xilasetmə əməliyyatları davam etdirilir.