Bank Of Baku

Sarkisyanın qudasına qarşı açılan cinayət işinin detalları açıqlanıb

Serj Sarkisyan

© APA | Serj Sarkisyan

# 16 may 2023 10:24 (UTC +04:00)

Ermənistan Baş Prokurorluğu üçüncü prezident Serj Sarkisyanın qudası və hazırkı ədliyyə nazirinin atası Ara Minasyana qarşı cinayət işi üzrə yeni təfərrüatları açıqlayıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ara Minasyanın iki köməkçisinə qarşı da cinayət işi açılıb.

Onlar - Müqəddəs Qriqori tibb mərkəzinin rəhbərinin müavini və mərkəzin dövlət sifarişi xidmətinin rəhbəri saxtakarlığa və sənədlərin saxtalaşdırılmasına şərait yaratmaqda ittiham olunurlar. Onların 2014-2017-ci illərdə qanunsuz fəaliyyətinə görə, dövlətə dəymiş ziyan 908 milyon dramdan (təxminən 2 milyon dollar) çox qiymətləndirilir. Prokurorluq təqsirləndirilən şəxslərə qarşı yeni ittihamların irəli sürülməsi üçün artıq İstintaq Komitəsinə material göndərib.

Xatırladaq ki, Ara Minasyan da dövlətə 1 milyon dollardan çox zərər vurmaqda ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR