“Sarmat” strateji raket sistemi Rusiya ordusunun döyüş növbəsinə verilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Roskosmos”un rəhbəri Yuri Borisov bildirib.
Qeyd edək ki, kompleksin bir mərmisinin çəkisi 200 tondan artıqdır. Atış məsafəsi 18 min km-dir.
Bu raketin ilk uğurlu sınaqları 2022-ci ilin aprelində baş tutub. Rusiya Müdafiə Nazirliyi Sarmatı “dünyanın ən geniş hədəf diapazonuna malik ən güclü raketi” adlandırıb.