Bank Of Baku

Saxalində helikopterin qəzaya uğradığı yerdə işlər dayandırılıb

Saxalində helikopterin qəzaya uğradığı yerdə işlər dayandırılıb
# 18 fevral 2023 08:43 (UTC +04:00)

Xilasedicilər hava şəraiti ilə əlaqədar Rusiyanın Saxalin vilayətində Krasnaya dağı yaxınlığında “Robinson R-44” helikopterinin qəzaya uğradığı yerdə işləri dayandırıblar.

APA-nın məlumatına görə, bu barədə şənbə günü TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsindən məlumat verilib.

Bundan əvvəl Fövqəladə Hallar Nazirliyi Mi-8 helikopterinin hazır vəziyyətə gətirildiyi barədə məlumat vermişdi. İşə 18 nəfər işçi və 8 texnika cəlb olunub.

Qeyd edək ki, fevralın 17-də “Robinson R-44” helikopteri Saxalinə sərt eniş edib. Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, təyyarədə üç nəfər - bir pilot və iki sərnişin olub. Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb və helikopterlə Yujno-Saxalinskdəki regional xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR