Səfir: Ermənistan KTMT-nin üzvüdür və üzvlüyü davam edir

Səfir: Ermənistan KTMT-nin üzvüdür və üzvlüyü davam edir
# 17 fevral 2024 13:39 (UTC +04:00)

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və üzvlüyü davam edir.

APA xəbər verir ki, bunu Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan Rostov-Don vilayətinin qubetnatoru Vasili Qolubevlə görüşü zamanı deyib.

Səfir bildirib ki, Ermənistanla Rusiya arasında münasibətlərdə bəzi müvəqqəti problemlər var, lakin onlar hazırkı geosiyasi vəziyyətlə bağlıdır və bir sıra məsələlərdə ortaq həll yolu tapılmalıdır.

Arutyunyanın fikrincə tərəflər həll yolları tapacaq və ölkələrarası münasibətlər müttəfiqlik səviyyəsində davam edəcək:

“ Son 30 ildə İrəvanla Moskva arasında 200-dən çox saziş imzalanıb, iqtisadiyyat sahəsində əməkdaşlıq fəal inkişaf edir, ticarət dövriyyəsi artır. Ermənistana turist axınının 80 faizi Rusiyanın payına düşür ”¸ - deyə diplomat əlavə edib.

Sonda səfir deyib ki, cari ildə Rusiyanın Rostov-Don vilayəti ilə Ermənistanın Ararat vilayəti arasında əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR