Rusiya tərəfdaşları ilə birgə “Taxıl sazişi”nin alternativləri üzərində çalışır
APA xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov “İhlas Haber Ajansı”na (İHA) müsahibəsində bildirib.
Səfir həmçinin qeyd edib ki, məhz Rusiya qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verir və ölkəsinin tələbləri yerinə yetirildikdən sonra Qara Dəniz Taxıl Təşəbbüsünün (“Taxıl sazişi”) bərpasından danışmaq mümkün olacaq.
Yerxovun sözlərinə görə, Qara Dəniz Taxıl Təşəbbüsü Afrika və digər ölkələrin ərzaq ehtiyaclarını ödəmək üçün yeganə çıxış yolu deyil, alternativlər var: “Rusiya tərəfdaşları ilə birgə “Taxıl sazişi”nin alternativləri üzərində çalışır”.