Bank Of Baku

Səfirlik Ermənistandakı iranlı məhbusların şikayətlərinə münasibət bildirib

Səfirlik Ermənistandakı iranlı məhbusların şikayətlərinə münasibət bildirib
# 04 may 2023 14:57 (UTC +04:00)

İranın Ermənistandakı səfirliyi bu ölkədə həbsdə olan iranlıların səfirliklə bağlı şikayətlərinə münasibət bildirib

APA xəbər verir ki, bildirilib ki, hazırda Ermənistanda İran İslam Respublikasının 60-a yaxın vətəndaşı müxtəlif ittihamlarla, xüsusən də narkotik vasitələrin daşınması və keçirilməsinə görə həbsdədir. Ermənistanda heç bir İran vətəndaşı ağrıkəsici dərman keçirmək ittihamı ilə həbs edilməyib. “Səfirlik öz vəzifələri çərçivəsində məhbusların sayını azaltmaq, İran vətəndaşlarının hüquqlarını dəstəkləmək və Ermənistanda həbsdə olan və saxlanılan həmvətənlərinə xidmət göstərmək üçün müxtəlif tədbirlər həyata keçirir. Təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlara Ermənistan Respublikasının cinayət qanunları və prosessual qaydaları çərçivəsində baxılır”, - açıqlamada deyilir.

O da əlavə olunub ki, İranın Ermənistandakı səfiri və digər diplomatik nümayəndələr bu ölkədə həbsdə olan vətəndaşlarını müntəzəm olaraq ziyarət edir. Qeyd edək ki, sosial mediada Ermənistandakı iranlı məhbusların İranın İrəvandakı səfirliyinin diqqətsizliyindən narazılıq etməsi ilə bağlı videogörüntülər yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR