Senator Puşkov: "Şoltsun Putinlə danışıq şərti reallıqla uyğun gəlmir"

Senator Puşkov: "Şoltsun Putinlə danışıq şərti reallıqla uyğun gəlmir"
# 13 aprel 2024 08:17 (UTC +04:00)

Almaniya kansleri Olaf Şoltsun Rusiya lideri Vladimir Putinlə danışıqlar aparması üçün irəli sürdüyü şərt indiki reallıqlara cavab vermir.

APA xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov “Telegram” kanalında yazıb.

“Bunu necə qiymətləndirmək olar? Almaniya kansleri fərqinə belə varmadan geosiyasi fantaziya janrında çıxış edir. Qərb doktrinasını əks etdirən, amma reallığa sığmayan şeylər deyir”, - Puşkov qeyd edib.

Xatırladaq ki, bir müddət öncə Şolts “Tageszeitung” nəşrinə müsahibəsində bildirmişdi ki, Kreml qoşunlarını Ukraynadan çıxarılmasının zəruriliyini anlayanda Putinlə danışaqlar aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR