Bank Of Baku

Sergey Lavrov: “Heç bir ölkə ABŞ-ın sanksiyalarından sığortalanmayıb”

Sergey Lavrov: “Heç bir ölkə ABŞ-ın sanksiyalarından sığortalanmayıb”
# 02 noyabr 2019 08:28 (UTC +04:00)

 
Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Rusiya 24" kanalında qonağı olduğu verilişdə ABŞ-ın digər dövlətlərə qarşı həyata keçirdiyi sanksiyalara münasibət bildirib.

 APA-nın məlumatına görə, Rusiya XİN rəhbəri qeyd edib ki, heç bir ölkə ABŞ-ın sanksiyalarından sığortalanmayıb. 

Lavrov hətta ABŞ-ın müttəfiqlərinin də sanksiyalardan sığortalanmadığını qeyd edib.

Rusiyanın baş diplomatı ABŞ-ın bu mövqeyini tamamilə düşünülməmiş addım kimi dəyərləndirib: “İqtisadi münasibətlərini dollar üzərində quran dövlətlər istənilən vaxt ABŞ-ın geosiyasi planlarının girovuna çevrilə bilər”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR