Sergey Mironov prezident seçkilərində namizəd olmayacağını, Putinin namizədliyini dəstəkləyəcəyini açıqlayıb
“Ədalətli Rusiya – Vətənpərvərlər Həqiqət Uğrunda” partiyasının lideri Sergey Mironov növbəti prezident seçkilərində hazırkiı Prezident Vladimir Putini dəstəkləyəcəyini açıqlayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Mironov bildirib ki, partiyanın qurultayında prezident seçkilərinə namizəd irəli sürməyi deyil, hazırkı dövlət başçısını dəstəkləməyi təklif edəcəyini söyləyib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü ildə keçiriləcək.