Bank Of Baku

ŞƏT Regional Antiterror Strukturu Şurasının iclası Astanada keçiriləcək

ŞƏT Regional Antiterror Strukturu Şurasının iclası Astanada keçiriləcək
# 04 sentyabr 2023 17:17 (UTC +04:00)

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Regional Antiterror Strukturu Şurasının növbəti 40-cı iclası Qazaxıstan paytaxtı Astanada 8 sentyabr tarixində keçiriləcək.

APA xəbər verir ki, bu barədə Qazaxıstan XİN rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə bildirib.

Qeyd olunub ki, iclas iştirakçıları informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələlərini, o cümlədən strukturun fəaliyyəti çərçivəsində tədbirlərə hazırlıq prosesini nəzərdən keçirəcəklər.

İclasda həmçinin Təşkilata üzv dövlətlərin təhlükəsizliyinə təhdid yaradan terrorçu, separatçı, ekstremist təşkilat və qrupların qanunsuz fəaliyyətinə qarşı birgə mübarizənin əlaqələndirilməsi ilə bağlı bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, Qazaxıstan bu ilin iyul ayından bir illik müddətə Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyi üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR