Bank Of Baku

Şimali Koreya xarici işlər naziri Moskvada səfərdədir

Şimali Koreya xarici işlər naziri Moskvada səfərdədir
# 01 noyabr 2024 12:25 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreya xarici işlər naziri Çoi Sonq Hi ilə görüşüb.

APA-nın Rusiya müxbiri xəbər verir ki, görüş Moskvanın Yaroslavl vağzalında baş tutub.

Lavrov həmkarına gül dəstəsi təqdim edib. Daha sonra Rusiya və KXDR XİN başçıları Kim İr Senin 1949-cu ildə SSRİ-yə səfəri münasibətilə Yaroslavl vağzalında quraşdırılmış xatirə lövhəsinin açılışını ediblər.

Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Lavrov və Çoi Sonq Hi arasında danışıqlar Rusiya XİN-nin Qəbullar Evində baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR