Bank Of Baku

Simonyan 2020-ci il müharibəsi zamanı Rusiyadan müharibəni dayandırmağı xahiş etdiyinə görə təəssüflənib

Ermənistan parlamentinin sədri Alen Simonyan

© APA | Ermənistan parlamentinin sədri Alen Simonyan

# 07 noyabr 2026 17:10 (UTC +04:00)

Ermənistan parlamentinin sədri Alen Simonyan 2020-ci ildəki müharibə zamanı Rusiyaya gedərək müharibənin dayandırılmasını xahiş etdiyinə görə təəssüfləndiyini bildirib.

APA xəbər verir ki, Simonyan bu barədə danışarkən həmin vaxt sadəlövhlüklə nəyisə dəyişə biləcəyini düşündüyünü deyib.

“Sadəlövhcəsinə, axmaqlıq edərək nəyisə dəyişə biləcəyimi düşünürdüm. Sözün əsl mənasında rusların ayaqlarına düşərək deyirdim. Axı biz sizin qardaşlarınızıq, müttəfiqlərinizik, bu müharibəni dayandırın”, – deyə o bildirib.

Simonyanın sözlərinə görə, həmin dövrdə Rusiya müharibənin dayandırılması üçün heç bir təsirli addım atmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR